10 İyul 2026
Dünya futbolu

Sane jest etdi, Mane klubda qaldı

“Bavariya” Sadio Maneni Leroy Sane ilə dalaşdığı üçün cəzalandırıb.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik seneqallı futbolçuya 500 min avro pul cəzası verib. Klubun gündəmində Mane ilə müqaviləyə xitam vermək də olub.

Ancaq Sane rəhbərlikdən komanda yoldaşını sərt cəzalandırmamağı xahiş edib. 

Klubun rəsmi saytından Manenin Bundesliqanın növbəti turunda “Hoffenhaym”a qarşı meydanda olmayacağını açıqlanıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43