29 İyun 2026
İdman

Şaranov “Qarabağ”ın “1” nömrəsi olacaq

Xəbər veridyimiz kimi, “Qarabağ” Serbiyanın “Partizan” klubunun qapıçısı Boyan Şaranovu heyətinə cəlb edib.

İdmanxeber.com klubun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, serbiyalı qolkiper forma nömrəsini seçib.

28 yaşlı çərçivə qoruyucusu Ağdam təmsilçisində 1 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Qarabağ”ın digər qapıçıları Şahruddin Məhəmmədəliyev 12, İbrahim Şehiç isə 13 nömrəli futbolkada çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43