Dünya futbolu Dünyadan

Kenni Sayef “Neftçi”dən niyə ayrılıb? – SƏBƏBİ BİLİNDİ (FOTO)

“Neftçi”dən ayrılan Kenni Sayefin yeni klubu müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi İsrailin “Makkabi Hayfa” klubu ilə müqavilə imzalayıb. 

Mutunun əsas heyətdə az şans verdiyi futbolçu dərhal agentinə ona yeni klub tapmaq göstərişini verib. “Neftçi”də heç cür möhkəmlənə bilməyən futbolçu klubdan ona yeni iş yeri tapılacağı təqdirdə getmək imkanı yaradılmasını xahiş edib. Təbii ki, bu məqam da “ağ-qaralar”ı razı salıb və qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43