Ölkə futbolu

Şeydayev Mədətovu müdafiə etdi: “Öz oyunçularımıza hörmətlə yanaşın”

Dünən keçirilən “Qarabağ” – “Arsenal” matçında oyundan əvəzlənən Mahir Mədətov bəzi azarkeşlərin təpkisinə məruz qalıb. “Krılya Sovetov” və millimizin üzvü Ramil Şeydayev onun müdafiə edərək sosial şəbəkə hesabından Mahir haqda bu paylaşımı edib:

“Salam qardaşlar!

Azarkeşlərimizə səslənmək istəyirdim. Dünən “Qarabağ” – “Arsenal” matçını izlədim. Qardaşımız, Mahir Mədətov əvəzlənəndə stadion onu fitə basmağa başladı! Nəyə görə? Niyə? O, bizim oyunçumuzdu, Azərbaycanın ən güclü və parlaq oyunçularından biridi. Ən yaxşısı, gəlin ona dəstək olaq, onu alqışlayaq. Belədə o sizin dəstəyinizi hiss etsin və daha da güclü olsun!

Hər kəsin çətin periodları olur, heç kimi, xüsusilə də gənc oyunçuları təhqir etmək olmaz. Dostlar, öz oyunçularınıza hörmətlə yanaşın. Biz daha güclü olmağa çalışırıq, biz sizinlə birlikdə qazanmaq istəyirik, çətin dəqiqələrdə də dəstək olun!

Biz bir olmalıyıq, biz azərbaycanlıyıq, istənilən vəziyyətdə bir-birimizə dəstək olmalıyıq! Onda biz sizin köməyinizlə daha da güclü olacağıq!

Çox sağolun!”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43