Millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Tailandın “Buriram Yunayted” klubu Asiya Çempionlar Liqasının qrup mərhələsinə qələbə ilə başlayıb.
İdmanxeber.az-ın məlumatına görə, komanda Çinin “Çjetszyan Qrintaun” klubu ilə qarşılaşıb və matçdan qələbə ilə ayrılıb – 4:1. Görüşə start heyətində başlayan Şeydayev 73-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, komanda oktyabrın 4-də Yaponiyada “Kofu”nun qonağı olacaq.

