Premyer Liqanın 27-ci turu çərçivəsində Zaqatalada “Simurq”un qonağı olacaq AZAL bu vacib matç üçün hazırlıqlarını davam etdirir.
İdmanxeber.com-un məlumatına görə, “təyyarəçilər”in əsas qol silahı Freddi Mombonqo da artıq komandaya qoşulub. Hücumçu digər futbolçulardan fərqli rəhbərlikdən əlavə iki gün də istirahət götürmüşdü.
Qeyd edək ki, Simurq – AZAL matçı aprelin 1-də keçiriləcək.

