19 İyun 2026
Ölkə futbolu

SON DƏQİQƏ! “Neftçi”də ciddi itki – Ölkəni tərk etdi

“Neftçi”nin kapitanı zədələnib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Emin Mahmudov millinin düşərgəsindən zədəli qayıdıb. Təcrübəli futbolçu hazırda Serbiyadadır.

O, müalicəsi ilə bağlı bu ölkəyə yollanıb.

Mahmudov Premyer Liqasının növbəti turunda keçiriləcək “Sumqayıt” görüşünü buraxacaq. Onun yenidən yaşıl meydanlara nə zaman dönəcəyi bəlli deyil.

“Sumqayıt” – “Neftçi” matçı ayın 5-də, saat 18:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43