08 İyul 2026
Ölkə futbolu

SON DƏQİQƏ! Premyer Liqa hakimimiz futboldan uzaqlaşdırıldı – ÖZƏL

Azərbaycanlı hakim futboldan uzaqlaşdırılıb.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, söhbət Rauf Allahverdiyevdən gedir. Premyer Liqa referisi sərt cəzalandırılıb.

Buna səbəb onun adının oyun-alqı satqısında hallanması olub. Allahverdiyev bu iddia ilə işindən uzaqlaşdırılıb.

Xatırladaq ki, təcrübəli referi karyerası ərzində 30 Premyer Liqa oyununa çıxıb və 7 dəfə Azərbaycan Kuboku görüşü idarə edib.

Həsən Quluzadə 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43