“Kopenhagen”in vingeri Runi Barji “Barselona”ya keçib.
İdmanxeber.az-ın məlumatına görə, 19 yaşlı isveçli ilə 2029-cu ilə qədər 4 mövsümlük müqavilə imzalanıb. Bardji 2020-ci ildə “Malmö”dən “Kopenhagen”ə keçib. Cinah oyunçusu əsas komandasında 84 oyun keçirib, 15 qol vurub və bir məhsuldar ötürmə edib.
“Transfermarkt” portalı onun bazar dəyərini 7,5 milyon avro olaraq qiymətləndirir.

