Kateqoriyasız

Şotlandiya Azərbaycanı geridə qoydu – UEFA reytinqi

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunlarının ikinci günündən sonra yeni reytinq cədvəlini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, yeni siyahıda Azərbaycan 1 pillə geriləyib. Buna səbəb “Seltik”in AEK-lə matçda etdiyi heç-heçədi. Xal ehtiyatını 18.125-ə çatdıran Şotlandiya əlavə göstəricilərdə ölkəmizi qabağlayaraq bizim 1 pillə geriləməyimizə səbəb olub. 

Qeyd edək ki, Azərbaycandan 1 pillə geridə olan İsrailin 18.000  xalı var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43