Avrokuboklardakı son oyunlardan sonra UEFA-nın reytinq cədvəlində cüzi dəyişiklik olub.
İdmanxeber.com-un məlumatına görə, “Seltik”in qələbəsi Şotlandiya ilə Azərbaycan arasındakı xal fərqini daha da artırıb.
Əvvəl 0,925 olan fərq indi 1,175-dir.
5 mövsümün nəticələrinə görə 15,750 xalı olan Azərbaycan indi 23-cü olan Şotlandiyadan geri qalır. 25-ci yerdəki Kiprdən üstünlüyümüz isə 0,200 xaldır.
Qeyd edək ki, Azərbaycan 15,750 xalın 2,250-ni cari mövsüm qazanıb. Bunun 0,875-ni “Qəbələ”nin hesabındadı, “Qarabağ” 0,625, “Neftçi” və “Kəpəz” hərəyə 0,375 xal qazanıb.

