Kateqoriyasız

“Sumqayıt”a 5 futbolçu qoşuldu

“Sumqayıt” 2019/2020 mövsümü üçün hazırlığa start verib.

İdmanxeber.az klubun saytına istnadən xəbər verir ki, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında ötən gün “Kapital Bank Arena”nın köməkçi meydançasında mövsümə hazırlıq məqsədi ilə ilk məşqini keçirib. Əvəzedici heyətin 5 üzvü də əsas komanda ilə birlikdə məşq edib.

Qeyd edək ki, “Sumqayıt” hazırlığın ilk mərhələsində iyulun 5-də və 13-də yoxlama oyunu keçirəcək. Rəqiblərin kimliyi və oyunların saatı açıqlanmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43