Premyer Liqa

“Sumqayıt”dan antirekord

Topaz Premyer Liqasının 14-cü turu “Sumqayıt” klubu üçün antirekordla əlamətdar olub. “Gənclik şəhəri” təmsilçisi öz meydanında “Simurq”a uduzmaqla (0:1) qələbəsiz oyunlar seriyasını 11-ə çatdırıb. Aqil Məmmədovun yetirmələri sonuncu dəfə 4-cü turun avqustun 19-da baş tutan “Qəbələ”yə qarşı ev oyununda əldə etmişdi – 2:1. Bu, həm də, komandanın cari mövsümdəki tək qələbəsidir.

Həmin vaxtdan qalib gələ bilməyən komanda indiyədək ən pis halda ardıcıl 10 görüşdə qələbə qazanmamışdı. Premyer Liqada 2011/12 mövsümündə debüt edən sumqayıtlılar startdakı 10 matçda qalib gələ bilməmişdi. 2011-ci il oktyabrın 30-da “Sumqayıt” AZAL üzərində 2:1 hesablı qələbə ilə uğursuz seriyasını dayandırmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43