06 İyun 2026
Ölkə futbolu

“Sumqayıt”ın baş məşqçisi: “Sabah” “Neftçi”dən daha güclüdür”

“Çox çətin oyun oldu. Bu gün bir xal qazandıq. Ötən turda isə xallar itirmişdik. Düzdür, ayrı-ayrı oyunlardır. Sadəcə fikrimcə, “Sabah” güclü rəqibdir, nəinki “Neftçi”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının 6-cı turunun “Sabah”la(1:1) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

– Hesab etmirsiz ki, futbolçularınız həddən artıq yerdə qalırdı? Hər halda, onlar bunu edərək, öz komanda yoldaşlarının konsentrasiyasını da pozurdu…

– Oyun epizodlarıdır, olan şeylərdir. Burada qeyri-adi heç nə yoxdur. Bu cür güclü rəqiblərlə oyunda mütləq qol şanslarından istifadə etməlisən. Futbolçularımdan razıyam. Sona qədər də çalışdılar.

– Hakim haqda fikriniz necədir?

– O barədə danışmaq istəmirəm.

– “Sumqayıt” son matçda “Neftçi”yə uduzmuşdu və komanda enişdə idi. “Sabah”la matçdakı bərabərlik dönüş nöqtəsi ola bilər?

– “İmişli” və “Neftçi” ilə matçda biz daha güclü idik və qələbəyə daha yaxın olduq. Amma “Sabah”la görüşdə onlar bizdən qat-qat güclü idi. Çalışırıq, davam edirik. Hələ görüləsi işlərimiz var. Tam formaya düşməyən futbolçularımız da var. İşimizi görürük.

 

(Sportal.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43