06 İyun 2026
Ölkə futbolu

“Turan Tovuz”dan qələbə, “Sabah” heç-heçə etdi – YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında 6-cı tura yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, son oyun günündə 2 görüş keçirilib.

İlk olaraq “Turan Tovuz” əzəli rəqiblərindən olan “Kəpəz”i qəbul edib. Görüş Tovuz klubunun qəbələsilə başa çatıb – 3:0.

Günün və turun son matçı isə Masazırda olub. Burada “Sabah” “Sumqayıt”ı qəbul edib. İki qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 1:1.

28 sentyabr

16:30. “Turan Tovuz” – “Kəpəz” 3:0

Qollar: Aleks Souza, 32; Joarlem Santos, 35; Filip Ozobiç, 46

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.

VAR: Kamal Umudlu.

AVAR: Kamran Əliyev.

“Azersun Arena”

19:00. “Sabah” – “Sumqayıt” 1:1

Qollar: Coy Lens Mikels, 26 (1:0); Rüstəm Əhmədzadə, 35 (1:1)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Pərvin Talıbov.

“Bank Respublika Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43