Dünya futbolu

Şvaynştayger “qartal” olacaq ?

“Mançester Yunayted”in futbolçusu Bastian Şvaynştayger karyerasını Türkiyə superliqasında davam etdirə bilər.

İdmanxeber.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 31 yaşlı futbolçu ilə “Beşiktaş” maraqlanır.

İstanbul təmsilçisi yaxın günlərdə almaniyalı futbolçu ilə danışıqlara başlayacaq. “Qara qartallar” Şvaynştaygeri bir illiyinə icarəyə götürməyi planlaşdırır. 

Qeyd edək ki, ötən mövsüm “Mançester Yunayted”in heyətində 37 oyun keçirən Şvaynştayger 1 qol vurub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43