“Rəvan” – “Xəzər Lənkəran” oyunu son günlər çox müzakirə olunur. Və bir çoxu hakim idarəçiliyi ilə futbol oyununu qarışdırırlar. Son tur olduğu üçün haqsız penalti “Xəzər”i Diviziona göndərdi. Hakimlik adına yaraşmayan qərar idi və etirazlar haqlıdır. Digər tərəfdən “Xəzər-Lənkəran”nın 9-10-cu yerdə nə işi var idi? Bunun günahını hakimlikdə axtarmaq doğru deyil. Son 10 ildə yaradılan şəraitə uyğun idərəçiliyin düzgün olmaması “Xəzər Lənkəran”ı gətirib bu həddə çatdırdı. Hakim biabırçı qərarı ilə klub uğursuzluğunu qarışdırmaq olmaz. “Rəvan”la görüşdə hakim özbaşınalığı sadəcə son nöqtə idi”.
Bu sözləri İdmanxeber.com-a açıqlamasında sabiq FİFA referisi Tahir Süleymanov deyib.
Süleymanov Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədovun “Orada penalti yox idi” – açıqlamasına qarşılıq bunları dedi:
“Mənasız fikirlərə şərh verməyə ehtiyac yoxdur”.

