29 İyun 2026
Ölkə futbolu

Tanınmış hücumçu “Qarabağ”ın gündəmində – transfer baş tutacaq?

“Qarabağ” hücum xəttini tanınmış futbolçu ilə gücləndirmək niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, bir neçə gündür xarici mətbuatda Vensan Abubakarın klubun gündəmində olduğu yazılır. İddia edilir ki, Ağdam təmsilçisi forvardla yaxından maraqlanır və transfer yayda reallaşa bilər. Ulduz futbolçunun da Azərbaycana gəlməyə müsbət yanaşdığı bildirilir.

Kamerunlu hücumçu son olaraq Türkiyənin “Hatayspor” kubunda çıxış edib. O, bir müddət “Beşiktaş”da da top qovub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43