“Milan” klubunun sol cinah müdafiəçisi Teo Ernandes Səudiyyə Ərəbistanın “Əl-Hilal” klubuna transfer olunmaq üzrədir.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər razılığın son mərhələsindədir və artıq transferin tamamlanması üçün yalnız detallı razılaşdırmalar qalıb. Müqaviləyə əsasən, “Milan” bu keçiddən təxminən 30 milyon avro gəlir əldə edəcək.
Teo Ernandes “Əl-Hilal” ilə illik 20 milyon avro qazanacağı 3 illik müqaviləyə imza atacaq. Ümumilikdə, fransalı müdafiəçi bu transfer sayəsində 60 milyon avro gəlir əldə edəcək.
Fərid Nəsibov

