Ölkə futbolu

Teo Uiks 3-lüyə daxil oldu

AL-in 2-ci təsnifat mərhələsindən sonra bombardirlər cədvəlində dəyişiklik olub.

İdmanxeber.com-un məlumatına görə, “Qəbələ”nin liberiyalı legioneri mövsümdə 5-ci dəfə fərqlənib.

Bununla, afrikalı futbolçu yarışın ən yaxşı bombardirlərinə çatıb. Son matçlara qədər hesabında 5 qol olan makedoniyalı İvan Triçkovskinin təkhakimiyyətliliyinə son qoyulub.

Kiprin AEK klubunda oynayan makedoniyalıya Marko Mariç də çatıb. Xorvariyanın “Lokomotiv” klubunun hücumçusu dünən dubla imza atıb.

 Belə ki, ən yaxşı 3 bombardir siyahısında bu futbolçuların adı var:  Uiks, Triçkovski və Mariçdən.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43