Stadionlarımız yenə boş qalıb.
İdmanxeber.az-ın məlumatına görə, Topaz Premyer Liqasını II turuna yekun vurulub. Turun açılış qarşılaşması “Səbail”lə “Qarabağ” arasında oynanıb. Görüşü 1050 nəfər izləyib. Turun digər oyunlarında isə “Zirə” “Keşlə” görüşündə 400, “Dalğa Arena”da keçirilən “Neftçi” – “Qəbələ” matçında 600, “Əlincə Arena”da reallaşan “Sabah” – “Sumqayıt” qarşılaşmasında isə 500 azarkeş qeydə alınıb.
Beləliklə II turu stadionlarda 2550 azarkeş izləyib.

