30 İyun 2026
Ölkə futbolu

“Turan” qalib gəldi, “Sumqayıt” uduzdu – YENİLƏNİB

Misli Premyer Liqasında 30-cu tur davam edir.

İdmanxeber.az xəbər verir ki, günün ilk oyununda 4-cü pillədəki “Turan Tovuz” 5-ci sıradakı “Sabah”ı qəbul edib. Görüş ev sahibinin qələbəsilə başa çatıb – 2:1.

Günün digər matçında “Sumqayıt” “Şamaxı”nı qəbul edib. Oyun qonaqların qələbəsilə başa çatıb – 2:1. Bu nəticənin ardından Şamaxı klubu 7-ci pilləyə yüksəlib. “Kimyaçılar” isə 8-ci pillədə qərarlaşıb.

Misli Premyer Liqası, 30-cu tur

12 aprel

17:00. “Turan Tovuz” – “Sabah” 2:1

Qollar: Anatoli Nuriyev, 14 (0:1), Ayxan Hüseynov, 55 (1:1), Joarlem Santos, 58 (2:1)

Qırmızı: Kurban Berdiyev (“Turan”), Şafranko 45+2 (“Sabah”)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov

VAR: Cavid Cəlilov

AVAR: Akif Əmirəli

Tovuz şəhər stadionu

19:15. “Sumqayıt” – “Şamaxı” 1:2

Qollar: Roi Kehat, 9 (1:0), Maykl Tuik, 57 (1:1), Alfons Msanqa, 60 (1:2)

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov

VAR: Rauf Cabarov

AVAR: Eyyub İbrahimov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43