Kateqoriyasız

“Turan Tovuz” Ayxan Abbasovla danışıqlara başladı

“Turan Tovuz”un Müşahidə Şurasının növbəti iclası keçirilib.

İdmanxeber.az xəbər verir ki, iclasda gündəlik məsələ yeni baş məşqçinin seçilməsi olub. Aparılan müzakirələrdən sonra namizədlər arasından Ayxan Abbasovun klubun strategiyasına daha uyğun olduğu vurğulanıb.

Artıq PRO kateqoriyalı mütəxəssislə danışıqlara başlanıb. Danışıqlar müsbət nəticə verəcəyi təqdirdə Ayxan Abbasovla müqavilə imzalanacaq. Bu haqda ictimaiyyətə rəsmi açıqlama veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43