10 İyul 2026
Ölkə futbolu

Türkiyəli FİFA referisi “Neftçi” – “Sabah” oyunundakı mübahisəli epizoddan danışdı

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Sabah” səfərdə “Neftçi”ni məğlub edib – 2:1.

Qarşılaşmanın ikinci hissəsində yaşanan bir epizod böyük müzakirlərə səbəb olub. “Neftçi”nin müdəfiəçisi Yuri Matiasın “Sabah”ın hücumçusu Mikelsə müdaxiləsi sonrası qonaqlar penalti gözləsə də, baş hakim Əliyar Ağayev davam qərarı verib.

Epizoda VAR da müdaxilə etməyib. “Sabah” tərəfinin kəskin etiraz etdiyi epizod sosial şəbəkələrdə də geniş müzakirə mövzusuna çevirilib.

Əliyar Ağayevin qərarının doğru olub-olmadığını öyrənmək ümün türkiyəli sabiq FİFA referisi Deniz Ateş Bitnelə müraciət etdik. O, epizodu belə dəyərləndirdi:

“Matias topa müdaxilə etmək istəsə də, gecikir. Bu epizod sonrası müdafiəçi sarı vərəqə görməli və penalti qərarı verilməli idi”.

Həsən Quluzadə/İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43