29 İyun 2026
Dünyadan

Türkiyə millisi və “Qalatasaray” üçün bəd xəbər

Yoldaşlıq görüşü çərçivəsində İsveçlə qarşılaşan Türkiyə millisi ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, “Qalatasarray”ın da şərəfini qoruyan Hakan Balta zədələnərək sıradan çıxıb. 

Start heyətində meydana çıxan 33 yaşlı futbolçunun topuğu burxulub. Oyunu davam etdirə bilməyən “ay-ulduz”lu futbolçunun son durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, Türkiyə millisi İsveçə qalib gəlib – 2:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43