“Bavariya”nın baş məşqçisi Tomas Tuxel postunu tərk edəcək.
İdmanxeber.az xəbər verir ki, bu barədə klub saytı məlumat yayıb. Bildirilir ki, 50 yaşlı almaniyalı mövsüm başa çatdıqdan sonra komandadan ayrılacaq.
Tuxel 2023-cü ilin martında “Bavariya”nın başına keçib. 22 oyundan sonra komanda 50 xalla Almaniya çempionatının turnir cədvəlində ikinci yerdədir.
Münhen komandası lider “Bayer”dən (Leverkuzen) 8 xal geri qalır.