Kateqoriyasız

“Qarabağ” – “Sürix” matçının hakiməri açıqlandı

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək  “Qarabağ”  – “Sürix” matçının hakim təyinatları açıqlanıb.

İdmanxeber.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi İrfan Pelto olacaq. Ona yan xətdə Senad İbrisimbeqoviç və Davor Belyo köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Miloş Giqoviç yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43