UEFA Çempionlar Liqasının bu gün keçirilməli olnan III təsnifat mərhələsinin AEK (Yunanıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) oyunu ilə bağlı qərarını verib.
İdmanxeber.az-ın məlumatına görə, komandalar arasındakı ilk oyun avqustun 15-də Zaqrebdə, cavab görüşü isə 19-da Afinada olacaq. Hər iki oyun azarkeşsiz keçiriləcək.
UEFA dünən Yunanıstanda iki komandanın azarkeşləri arasında kütləvi dava olması və bir fanatın ölümü ilə bağlı bu gün keçirilməli olan görüşü təxirə salmışdı.
“Dinamo”da Azərbaycan yığmasının futbolçusu Mahir Emreli çıxış edir.

