“Turan Tovuz”un futbolçusu Roderik Millerin idmanxeber.az saytına müsahibəsi
– İlk turda “Araz Naxçıvan”la oyunda sanki çox da yorulmadınız…
Xeyr, kifayyət qədər çətin görüş idi. Klub üçün ilk qələbə çox şey deməkdir. Bu, mövsümün ilk oyunu idi. Qələbənin komandaya motivasiya, inkişaf baxımından böyük təsiri oldu. Çempionata sağlam başlamaq lazım idi. Arzuladığımız və layiq olduğumuz qələbəni qazandıq.
-Növbəti tur “Qarabağ”la qarşılaşacaqsınız. Bu oyunda da xal qazanmaq mümkün olacaq?
-Çempionatın böyük klublardan biri ilə oynayacağıq. Xal qazanmaq üçün çox çalışmalıyıq. Çətin olacağının fərqindəyik. Amma özümüzə inanırıq ki, yaxşı oyun göstərib müsbət nəticə əldə edə bilərik.
-Bu mövsüm “Turan Tovuz”dan gözləntilər böyükdür. Komandanın hədəfləri nədir?
-Məqsədimiz addım-addım irəliləmək və inkişafda olan bir komanda olduğumuzu başa düşməkdir. Bunun üçün sakit qalmalı və arxayınlaşmamalıyıq. Özümüzü idarə etməyi bacarıb, çox çalışmaq lazımdır. Liqada yüksək rəqabət var. Çalışıb fərqlənənlərdən olmalıyıq. Hər oyuna ciddi yanaşmaq lazımdır.
-Avrokuboklara vəsiqə qazana bilərsiniz?
Bütün klublar Avropada mübarizə aparmaq, ən yüksək yerlər üçün oynamağı arzulayır. Bu səviyyəyə çatmaq asan deyil. Çox çalışmaq lazımdır. Bu hədəfə addım-addım getməliyik. Liqa uzundu və hər oyun nəticə göstərməlisən. Digər komandalar da yaxşı oynayır və əla futbolçulara sahibdirlər. Biz bunun öhdəsindən necə gəlməli olduğumuzu bilməliyik. Avrokuboklar üçün əlimizdən gələni edəcəyik. Ümidimiz və yaxşı kollektivimiz var.
-Avrokuboklara yollanmaq üçün heyət səviyyəsi yetərlidir?
Hiss edirəm ki, bu il daha yığcam komandamız var. Bütün futbolçuların uyğunlaşması vacibdir. İlk mərhələdə vəzifəmiz çempionatda yaxşı nəticələr göstərməkdir.
-İlk üç turu səfərdə oynayacaqsınız. Bu çıxışınıza təsir edəcək?
Bunun təsir edəcəyini düşünmürəm. Hələlik belə bir qərar verilib. Oyun zamanı özümüzə inam verməli, yaxşı hazırlanmalıyıq. Rəqiblərin necə oynayacağını görüb evə daha güclü qayıtmağa çalışacağıq.
Həsən Quluzadə

