11 İyul 2026
İdman

UEFA-nın prezidenti AFFA-nın istədiyi oldu

Bu gün Yunanıstanın paytaxtı Afinada UEFA-nın növbədənkənar Konqresi keçirilib.

İdmanxeber.com-un məlumatına görə, UEFA-nın son prezidenti Mişel Platini rüşvət skandalında adı çəkildiyi üçün qurumdan uzaqlaşdırılmışdı.

Tədbirdə ali futbol qurumuna yeni prezident seçilib.

Qeyd edək ki, prezidentliyə iki nəfər – Aleksander Çeferin (Sloveniya) və Mixael van Praaq (Hollandiya) namizəd olub.

Seçkinin nəticəsinə əsasən, Aleksander Çeferin UEFA-nın yeni prezidenti seçilib. O, 42, rəqibi isə 13 səs yığıb.

Bir müddət əvvəl AFFA rəsmi şəkildə bəyan etmişdi ki, seçkidə Aleksander Çeferinin namizədliyini dəstəkləyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43