Dünya futbolu

UEFA Super Liqanın 6 klubuna lisenziya vermədi

UEFA Türkiyə Super Liqasında çıxış edən 6 kluba avrokuboklarda çıxış etmək üçün lisenziya verməyib.

İdmanxeber.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, “Antalyaspor”, “Kayserispor”, “Karagümrük”, “Giresunspor”, “Ümraniyespor” və “Ankaragücü” maliyyə şərtlərinə riayyət etmədiyi üçün avrokuboklara lisenziya ala bilməyiblər.

Qeyd edək ki, adıçəkilən klubların heç biri cari mövsüm avrokuboklara vəsiqə qazana bilməyib.

Yalnız “Ankaragücü” Türkiyə Kubokunun yarımfinal mərhələsində mübarizəsini davam etdirir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43