“Barselona” “Bavariya”nın yarımmüdafiəçisi Arturo Vidalı heyətinə qatıb.
İdmanxeber.com-un məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb. Çilili futbolçunun müqaviləsi 3 illiyinə nəzərdə tutulub.
31 yaşlı futbolçu tezliklə tibbi müayinədən keçəcək.
Qeyd edək ki, hələlik keçidin maddi tərəfi barədə açıqlama verilmir.