10 İyul 2026
Kateqoriyasız

VOLEYBOL: Millimiz Belarusiya ilə qarşılaşacaq

Bu gün qadın voleybolçulardan ibarət  milli komandamız Bakıda yoldaşlıq oyunu keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, komandamız Avropa Çempionatının seçmə mərhələsi və Avropa Oyunlarına hazırlıq çərçivəsində Belarus yığmasıyla qarşılaşacaq. Voleybol Mərkəzində baş tutacaq görüş 17:30-da başlanması nəzərdə tutulur.

Qeyd edək ki, tərəflər daha bir hazırlıq görüşü keçirəcək. Cütün növbəti oyunu sabaha planlaşdırlır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43