Azərbaycanlı hücumçu Vüsal İsgəndərli yeni komandası “Partizani”də ilk matçına çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, həmyerlimizin formasını geyindiyi kollektiv “Rabotniçki” ilə qarşılaşıb. Matç Vüsalın komandasının qələbəsilə başa çatıb – 3:0.
İsgəndərli görüş üçün start heyətdə yer alıb. O, fasilədə əvəzlənib.

