20 İyul 2026
Ölkə futbolu

Xəbərimiz təsdiqləndi: “Qəbələ” transferi açıqladı

“Qəbələ” mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib. 

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Ahmed Ayzaya heyətinə qatıb.

28 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Nigeriyalı legioner ötən mövsüm Misli Premyer Liqasında çıxış edən “Kəpəz”in formasını geyinib. Azərbaycan çempionatında “Zirə”də də çıxış etmiş yarımmüdafiəçi Premyer Liqada keçirdiyi 42 matçda 5 qol vurub.

Ahmed karyerası ərzində Portuqaliyalının “Ribeyrao”, “Oliveyrense”, “Vilaverdense”, “Jil Visente”, “Varzim” və “Sportinq Kovilya” klublarında da çıxış edib.

Xatırladaq ki, Ayzayanın “Qəbələ”yə keçəcəyi xəbərini ilk olaraq idmanxeber.az saytı yazıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43