Kateqoriyasız

“Xəzər Lənkəran” “Bakı”nı sevindirməkdə davam edir

“Xəzər Lənkəran” “Bakı” ilə oyuna ciddi itkilərlə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Cənub komandasının hücumçusu Ağabala Ramazanov “Qəbələ” ilə oyunda sarı vərəqə almaqla cəzalı duruma düşüb. O, “Bakı” ilə keçiriləcək qarşılaşmada komandasına kömək edə bilməyəcək.

Bundan əlavə, qırmızı vərəqə alan Elvin Mirzəyev və sarı kart limitini dolduran Rasim Ramaldanov, eləcə də zədəli olan İlyas Səfərzadə də mayın 2-də keçiriləcək oyunda XL-ə kömək edə bilməyəcək.

Qeyd edək ki, qarşılaşma saat 17:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43