Kateqoriyasız

“Qarabağ” İdman Arbitraj Məhkəməsinə müraciət etdi

Avropa Liqasının F qrupunda "İnter"lə qarşılaşmanın 90+4-cü dəqiqəsində vurduğu qolu sayılmayan "Qarabağ" İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Türkiyənin "Lig TV" telekanalına açıqlamasında təmsilçimizin vəkili Qayə Qurur Günal deyib.

Vəkil bildirib ki, apelyasiya şikayətlərinə "hakim epizodu görməyib, gördüyü ilə baş verənlər fərqlidir" cavabı alan klub bununla şikayətinin təmin olunmadığını düşündüyündən İdman Arbitraj Məhkəməsinə müraciət edib. Qayə Qurur Günal bu prosesin 5-6 ay davam edə biləcəyini söyləyib.

Qeyd edək ki, klubun vitse-prezidenti Tahir Gözəl də bununla bağlı türkiyəli həmkarlarımıza açıqlamalar verib.

Süjetə aşağıdakı linkə daxil olaraq baxa bilərsiniz:

http://http://www.ligtv.com.tr/haber/karabag-inter-maci-casta


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43