07 İyul 2026
Kateqoriyasız

“Xəzər Lənkəran” sərbəst buraxıldı

Premyer Liqanın XXXIII turunda doğma meydanda “Qarabağ”la 1:1-lik heç-heçəyə qalan “Xəzər Lənkəran” oyundan sonra sərbəst buraxılıb.

İdmanxeber.com-un məlumatına görə, komanda iki gün istirahət edəcək. Mayın 11-də komanda Lənkəranda bir araya gələrək məşqlərə başlayacaq. Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın XXXIV turu çərçivəsində, may ayının 16-da “Fırtınalar meydanı”nda AZAL klubunu qəbul edəcək. (12cioyuncu.info)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43