“Neftçi” Azərbaycan kubokunun 1/4 final mərhələsində “Xəzər Lənkəran”la oyun öncəsi son məşqinə çıxıb.
İdmanxeber.com-un məlumatına görə, məşqdən sonra komandanın baş məşqçisi Vəli Qasımov klubun televiziyasına danışıb:
“Bugünkü məşqdən razı qaldım. Futbolçularda motivasiya böyükdür: “İnanıram ki, oyunçlar sabahkı görüşdə hər şeylərini qoyaraq, meydanı qələbə ilə tərk edəcəklər”.
Qeyd edək ki, “Neftçi” – “Xəzər Lənkəran” matçı sabah saat 17:30-da başlayacaq.