03 İyul 2026
Kateqoriyasız

“Xəzər Lənkəran”la oyun öncəsi “İnter”də üzlər gülür

Premyer Liqanın 26-cı turunda “Xəzər Lənkəran”ın qonağı olacaq “İnter” futbolçusu Vüqar Nadirovdan şad xəbər alıb.

İdmanxeber.com-un məlumatına görə, 25-ci turda səhhətindəki problemlərə görə “Rəvan”la oyunu buraxan Nadirov artıq tam sağalıb və dünəndən etibarən komandaya  qoşulub. Onun “Xəzər Lənkəran”la matçda iştirakı gözlənilir.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “İnter” matçı ayın 20-si saat 13:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43