20 İyun 2026
Ölkə futbolu

“Yaxşı oynadıq və buna görə futbolçularımı təbrik edirəm” – Elmar Baxşıyev

Misli Premyer Liqasının XIV turunda “Araz Naxçıvan” “Kəpəz”i məğlub edib.

İdmanxeber.az-ın məlumatına görə, matçın ardından Naxçıvan klubunun baş məşqçisi Elmar Baxşıyev görüş barədə fikirlərini bildirib:

“Ağır oyun alındı. Kubok matçından sonra komanda şəklində daha artığını etmək məcburiyyətində idik. Yaxşı oynadıq və buna görə futbolçularımı təbrik edirəm.
Oyun ərzində hər bir komandanın üstünlük qazanmaq şansı olar. Biz də kubok oyunundan sonra stress yaşamışdıq və həftə ərzində bir-birimizə yaxın, dəstək olmağa çalışdıq. Həmin stressi atdıqdan sonra bu gün meydanda işimiz alındı.
Felipenin zədəsi ciddi deyil. Fərdi məşq edir. Qarşıdakı oyunlarda komandanın yanında olacağına inanıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43