Kateqoriyasız

Yeni transferi “Sabah”a neçəyə başa gəlib?

Mario Marina “Sabah”a havayı başa gəlməyib. Paytaxt təmsilçisi yarımmüdafiəçi üçün Xorvatiyanın “Qoritsa” klubuna təzminat ödəyib.

Bu barədə adıçəkilən ölkənin mətbuatı yazıb. Bildirilir ki, Azərbaycan klubu 30 yaşlı oyunçu üçün qarşı tərəfə 100 min avro ödəyib.

“Qoritsa”nın idman direktoru Mindauqas Nikoliçyus bu keçidlə bağlı bildirib: “Marianın 30 yaşı var. Bu təklif onun xaricdə ciddi pul qazanması üçün sonuncu şans idi.  Amma biz də öz planımızı tamamladıq və keçidə görə pul qazandıq”.

“Sabah” Mario ilə 1.5 illik müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43