İdman

“Yer aldığımız qrupda açıq-aşkar favorit onlardır”

“Qrupumuzdakı heç bir komanda bizə asan rəqib deyil”. 

İdmanxeber.com-un apa-ya istinadən məlumatına görə, bu sözləri Şimali İrlandiya yığmasının kapitanı Stiven Devis deyib.

 

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Britaniya təmsilçisi ilk turda səfərdə Çexiya ilə qolsuz heç-heçə edib.

 

Matçdan sonra ölkəsinin mətbuatına açıqlama verən Devis qrupu dəyərləndirib.

 

Almaniyanı qrupun aşkar favoriti hesab edən “Sauthempton”un 31 yaşlı yarımmüdafiəçisi digər komandaların ikincilik uğrunda mübarizə aparacaqlarını vurğulayıb: “Realist olmaq lazımdı. Yer aldığımız qrupda Almaniya kimi komanda var. Deməli, aşkar favorit onlardı. Odu ki, biz də daxil olmaqla, digər yığmalar ikinci yer uğrunda oynayacaqlar”.

 

Qeyd edək ki, ilk turda qeydə alınan nəticələrdən sonra “C” qrupunda ilk 2 pilləni hərəyə 3 xalı olan Almaniya və Azərbaycan yığmaları bölüşür. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43