İdman

Yığmamızın San Marino oyunu öncəsi açıq məşqi və mətbuat konfransının vaxtı dəqiqləşdi

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan – San Marino oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, sentyabrın 4-də, 8-ci km qəsəbə stadionunda baş tutacaq matçdan bir gün öncə hər iki yığmanın çalışdırıcısı jurnalistlər önünə çıxacaq.

Sentyabrın 3-də saat 18:45-də qonaqların baş məşqçisi Pyerancelo Manzarolinin mətbuat konfransı təşkil olunacaq. 19:30-da isə cırtdan ölkə təmsilçisi ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqə çıxacaq.

Saat 20:30-da isə millimizin baş məşqçisi Robert Prosineçki KİV nümayəndələrinin önünə çıxacaq. Yarım saat sonra isə yığmamız ilk 15 dəqiqəsi açıq olan son məşqinə çıxacaq.

Hər iki yığmanın məşqi, həmçinin mətbuat konfransı 8-ci km qəsəbə stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43