Kateqoriyasız

Yubiley görüşündə qapısını toxunulmaz saxladı

Şahruddin Məhəmmədəliyev “Qarabağ”da 100-cü oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, qapıçının yubileyi 16-cı turdan təxirə salınan “Sumqayıt”la matça təsadüf edib. Qolkiper yubiley görüşündə qapısını toxunulmaz saxlayıb – 5:0.

Ümumilikdə, Şahruddin “Qarabağ”dakı 100 görüşdə 60 top buraxıb. Bu oyunların 66-sı (-33) Premyer Liqa, 22-si avrokuboklar (-22), 12-si ölkə kubokuna (-5) təsadüf edib.

Qeyd edək ki, 2015/16 mövsümündə “Qarabağ”da debüt edən Məhəmmədəliyev klub tarixinə 100 və daha çox oyun keçirən 4-cü qapıçı kimi düşüb


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43