Sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Olimpiakos” – “Qarabağ” oyununda anşlaq olacaq.
İdmanxeber.az xəbər verir ki, qarşılaşma üçün satışa çıxarılan biletlərin böyük hissəsi satılıb. Hazırda cəmi 4000 biletin qaldığı bildirilir. UEFA-nın məlum cəzası ilə əlaqədar, tribunaların bir qismi də boş qalacaq. Arena 32 min tamaşaçı tutumuna malikdi.
Qeyd edək ki,nGeorgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.