Leonardo Bonuççi karyerasını yenidən “Yuventus”da davam etdirəcək.
İdmanxeber.com-un məlumatına görə, ötən ilin yayında Turin klubunu “Milan”a dəyişən müdafiəçi sabiq klubuna qayıdıb. 31 yaşlı oyunçu tibbi müayinədən keçmək üçün “Yuve”nin təmsilçisinin bazasına gedib. Onunla 5 illik müqavilə imzalanacağı gözlənilir.
“Yuventus” Bonuççinin qarşılığında qarşı tərəfə gənc Matteo Kaldaranı göndərib.