04 İyul 2026
Dünya futbolu

“Yuventus” türkiyəli futbolçu ilə müqavilə uzadır

Kənan Yıldız “Yuventus”la müqaviləsini uzada bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Yuventus” 20 yaşlı türk vinger Kənan Yıldızla müqavilənin müddətini 2030-cu ilin yayına qədər uzatmağı planlaşdırır.

Hazırda futbolçunun mövcud müqaviləsi 2029-cu ilin iyununda başa çatacaq. Ötən mövsüm Kənan Yıldız 52 oyunda iştirak edib, 12 qol vurub və 9 məhsuldar ötürmə ilə komandaya dəstək olub.

Kənan Yıldız “Yuventus”da 2023-cü ildən çıxış edir və klub onu gələcəkdə əsas heyətin aparıcı oyunçularından biri kimi görür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43