06 İyun 2026
Ölkə futbolu

“Yuventus”un sabiq futbolçusu “Şamaxı”da – ÖZƏL

Transfer çalışmalarını davam etdirən “Şamaxı” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi braziliyalı müdafiəçi David Santosla anlaşıb. Tərəflər arasında bir müddətdir davam edən danışıqlar müsbət nəticələnib.

Ayxan Abbasovun da bəyəndiyi müdafiəçi növbəti mövsümdən bölgə təmsilçisində çıxış edəcək. Onunla yaxın zamanda 1+1 illik müqavilə bağlanacaq.

Santos son olaraq Portuqaliyanın III Liqa təmsilçisi “Kovilya” klubunda çıxış edib. Boyu 185 sm olan stoper ötən mövsüm komandasının heyətində 18 oyun keçirib və iki qol vurub.

Xatırladaq ki, 23 yaşlı futbolçu karyerası ərzində Portuqaliyanın “Laurosa”, “Montaleqre”, Braziliyanın “Anapolis” və “Yuventus” kimi klublarında çıxış edib.

Həsən Quluzadə 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43