Dünya futbolu

“Yuvetus” Superliqadan getdi: “Ağıllı insanlar səhvlərini etiraf edir”

PSJ prezidenti  “Yuventus”un Superliqadan çıxmaq qərarını təsdiqləyib.

İdmanxeber.az xəbər verir ki, bundan əvvəl Turin klubu layihəni tərk etmək qərarına gəldiyi və bu barədə “Real”la “Barselona”ya məlumat verdiyi bildirilir.

Paris klubunun rəhbəri Nasser ƏL-Xalefi Avropa Klublar Assosiasiyasının iclasında bu qərarın doğru olduğunu açıqlayıb:

“Səhvlərini etiraf edən ağıllı insanlar həmişə xoş qarşılanır. Düşünürəm ki, onlar o qədər də super olmayan liqadan ayrılmaqla düzgün yolu seçdilər. Çünki orada gələcək, layihə, heç nə yoxdur, ona görə də ailəyə qayıtmağın vaxtı idi. 

Superliqa vaxt, enerji və pul itkisidir, hamısı da boş yerə. Beləliklə, onlar daha yaxşı diqqətlərini kluba yönəltsinlər, ailələrinə və əsl futbol ekosisteminə qayıtsınlar.

Ağıllı insanlar səhvlərini etiraf edir və onları düzəldirlər. Ona görə də düşünürəm ki, bu, “Yuventus” üçün əla qərardır. Təbii ki, səhvlərini dərk edən hər kəsi salamlayıram. Bu, “Yuventus”a və hər kəsə aiddir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43